Yaxın zamanda Tehranda 38-ci Beynəlxalq İslam Birliyi Konfransı keçirilib. Konfransda bir qrup müsəlman alim və fəal iştirak edərək İslam məzhəbləri arasında vəhdətin möhkəmləndirilməsi yolları haqqında fikirlərini bildiriblər.
Cənub-Şərqi Asiyanın qabaqcıl siyasi fəallarından biri və Malayziya İslami Təşkilatların Məsləhət Şurasının (MAPİM) sədri Məhəmməd Əzmi Əbdülhəmid "İQNA"-ya deyib: Müsəlman dövlətləri tərəfindən görülən tədbirlər indiyədək İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə son qoymaqda uğursuz olub.
Müsəlmanların əsas probleminin əməldə deyil, yalnız sözdə bir-birləri ilə birləşmələri olduğunu bildirən MAPİM prezidenti İslam birliyinin əhəmiyyətinə toxunaraq, müsəlmanlar Fələstini və İslam dünyasında məzlumları müdafiə etmək üçün Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarda yekdilliklə çıxış etməlidirlər.
O, həmçinin 57 müsəlman ölkəsi arasında İslam Əməkdaşlıq Təşkilatı adı altında əməkdaşlığın olduğunu, lakin bunun effektli olmadığını bildirib.
Dünyada 4,5 milyona yaxın məscidin olduğunu deyən Əzmi Əbdülhəmid fikir ayrılıqlarını bir kənara qoyub hərəkətə keçməyin vaxtının çatdığını bildirib.
Malayziya xalqı və hökumətinin Fələstinə dəstəkdə qətiyyətli münasibəti göstərdi ki, bu ölkə xalqı və hökuməti Fələstin məsələsinə hər zaman önəm verir və heç vaxt İsraili tanımayıb.
Malayziyalı mütəfəkkir: İslam sülhməramlı qüvvələri yaradılmalıdır
O, Malayziya xalqının hökumətin dəstəyi ilə hər zaman Fələstinlə həmrəy olduğunu və Qəzza xalqına yardım göndərdiyini və bu dəstək proqramlarında müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da iştirak etdiyini bildirib.
O, həmçinin bildirib ki, onlar Livanda peycerlərin partlaması ilə bağlı son qətliamı qətiyyətlə pisləyirlər.
O, Malayziya, İndoneziya, Türkiyə və Qətər kimi müsəlman ölkələrinin də addımlar atdığını və əllərindən gələni etdiklərini, lakin bunların kifayət etmədiyini bildirib.
Əbdülhəmid qeyd edib ki, müsəlmanlar öz sülhməramlı qüvvələrini yaratmalı və onları bölgəyə göndərməlidirlər.
O vurğulayıb ki, bu halda İsraili dayandırmaq üçün müdaxilə etmək və təzyiq göstərməkdən başqa variant yoxdur.
4237883