IQNA

İnqilab rəhbəri Tehranda cümə namazı xütbələrində:

Silahlı qüvvələrin parlaq hərəkəti tamamilə qanuni idi

3:07 - October 05, 2024
Xəbər sayı: 3496800
İQNA - İnqilabın Ali Rəhbəri Tehranda cümə namazı xütbələrində İranın silahlı qüvvələrinin bir neçə gecə əvvəl sionist rejimə qarşı həyata keçirdiyi parlaq hərəkəti tamamilə qanuni adlandırıb və deyib: "Silahlı qüvvələrimizin bu hərəkəti qəsbkar sionist rejimi, Amerikanın bölgədəki quduz iti, qaniçən və canavarsifət rejimi üçün ən kiçik cəza idi".

İnqilab Rəhbərinin imamlığı ilə qılınan cümə namazının xütbələri
"İQNA"-nın verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranda dini-siyasi cümə namazında insanların böyük və şərəfli bir toplantısında müsəlmanların birlik və həmrəyliyini Allahın rəhmət və izzətindən bəhrələnmək və düşmənlər üzərində qələbə çalmaq vasitəsi adlandırıb və vurğulayıb: "İslam müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İran silahlı qüvvələrinin qaniçən sionist rejimini cəzalandırmaqdakı parlaq işi tamamilə qanuni idi. İslam Respublikası bu sahədə hiss etdiyi hər bir vəzifəni ləngimədən və tələsmədən, qüdrət, möhkəmlik və qətiyyətlə yerinə yetirəcək".
İmam Xomeyni (r.ə) məscidi və onun ətrafındakı kilometrlərlə küçələrdə Tehranın bir çox mömin, inqilabçı və məsuliyyətli insanlarının iştirakı ilə keçirilən bu mərasimdə Həzrət Ayətullah Xamenei həmçinin Mücahid Şəhid Seyid Həsən Nəsrullahı İslam dünyasının qürur mənbəyi və sevimli siması və region xalqlarının danışan dili adlandırılıb və əlavə edib: "Müqavimətin bayraqdarı və məzlumların cəsur müdafiəçisinin şəhadətindən sonra təsiri daha da artacaq. Bölgə xalqları və Allah yolunda cihad edənlər onun şəhadət mesajına, yəni sionist düşmənin məğlubiyyətinə və məhvinə qədər daha çox iman və inam, daha güclü birlik, daha güclü əzmkarlıq və şübhəsiz mübarizəyə davam edəcəklər".
İslam İnqilabının Rəhbəri Qurani-Kərimin “Müsəlman həmrəyliyi” siyasətini izah edərkən dedi: "Müsəlmanların vilayəti bağlılıq, həmrəylik və əməkdaşlıq mənasında Rəbbinin izzətli və hikmətli köməyi ilə nəticələnir ki, bu da maneələri dəf etmək və düşmənlər üzərində qələbə çalmağa səbəb olacaq".
O, bu ilahi siyasətin əksini dünyanın hegemonları və təcavüzkarlarının bölücü siyasəti hesab edərək əlavə edib: "İslam ümməti hegemonların təfriqə sal və hakimiyyət elə siyasətindən çox əziyyət çəkib, lakin bu gün müsəlmanların oyanış günüdür. Bu pis siyasətin təkrarlanmasına yol verilməməlidir".
Həzrət Ayətullah Xamenei düşmənlərin bölücülük üçün müxtəlif hərbi, siyasi, iqtisadi, sosial və mədəni siyasətlərinə toxunaraq dedi: "İran xalqının düşməni Fələstin, Livan, Misir, Suriya, İraq Yəmən və digər İslam ölkələrinin də düşmənidir. Bütün təcavüzkar və bölücü əmrlər eyni komanda otağından verilir və yeganə fərq İslam ölkələrində istifadə edilən müxtəlif üsullardır".
İnqilab rəhbəri vurğuladı: "Əgər hər bir xalq düşmənin iflic edən mühasirəsinə düçar olmaq istəmirsə, ayıq olmalıdır və düşmən bir xalqa hücum etdiyində o millətin köməyinə tələsməlidir, əks halda, onun növbəsi də çatacaq".
O, vurğulayıb: "Biz Əfqanıstandan Yəmənə, İrandan Qəzza və Livana qədər bütün İslam ölkələrində müdafiə, müstəqillik və şərəf kəmərini bağlamalıyıq".
İnqilab Rəhbəri İslamın öz torpaqlarını, evlərini və mənafelərini müdafiə etməyin qanuniliyi və rasionallığı ilə bağlı açıq-aşkar müdafiə qaydalarına toxunaraq əlavə edib: "Konstitusiyaya, eləcə də beynəlxalq qanunlara görə, xalqların, o cümlədən Fələstin xalqının işğalçılara qarşı müdafiəsi tamamilə qanunidir və möhkəm məntiqə malikdir. Heç kimin və heç bir mərkəzin və beynəlxalq təşkilatın onlara etiraz etmək hüququ yoxdur".
İnqilab Rəhbəri ötən il eyni vaxtda baş vermiş Əl-Əqsa tufanı əməliyyatını beynəlxalq qanunlara və Fələstin xalqının hüquqlarına uyğun olaraq düzgün, məntiqli bir addım adlandırıb və Livan xalqının Fələstin xalqını şiddətlə müdafiə etməsini yüksək qiymətləndirib.
Ayətullah Xamenei bu əsasda İranın silahlı qüvvələrinin bir neçə gecə əvvəl sionist rejimə qarşı parlaq hərəkətini tamamilə qanuni adlandırıb və deyib: "Silahlı qüvvələrimizin bu hərəkəti qəsbkar sionist rejimi, Amerikanın bölgədəki quduz iti, qaniçən və canavarsifət rejimi üçün ən kiçik cəza idi".
İslam Respublikasının bu sahədə hansı vəzifəsi varsa, onu qüdrət, möhkəmlik və qətiyyətlə yerinə yetirəcəyini vurğulayaraq, əlavə edib: "Biz bu vəzifənin icrasında nə gecikmərik, nə də tələsmərik. Hərbi və siyasi qərar qəbul edənlərin rəyinə görə ağlabatan, məntiqli və düzgün olan şey, o zaman edildiyi kimi, lazım gələrsə, gələcəkdə də ediləcək".
İnqilab Rəhbəri cümə namazının ərəb dilində oxuduğu ikinci xütbəsində bütün dünya müsəlman ümmətinə xüsusi olaraq sevimli Livan və Fələstinə müraciət edərək dedi: "Qardaşım, əzizim və iftixarım, İslam dünyasının sevimli siması və bölgə xalqlarının danışan dili, Livanın parlaq cövhəri Seyid Həsən Nəsrullahı, Tehranda cümə namazında hörmətlə yad etməyi özümə borc bildim".
Əziz Seyyidin şəhadətinin böyük itkisindən hamımızın dərin hüznlə kədərləndiyimizi vurğulayaraq əlavə etdi: "Əlbəttə, bizim matəmimiz depressiya, təşviş və ümidsizliyə düşmək deyil, Daha doğrusu, bu, Seyidüş-Şühəda Hüseyn ibn Əliyə (ə) edilən əzadarlıqdandır. Yəni canlandırır, öyrədir, həvəsləndirir və ümidvericidir".
Ayətullah Xamenei Şəhid Nəsrullahın əsl şəxsiyyətini, ruhunu, yolunu, uca səsini qalıcı adlandırıb və deyib: "O, zülmkar və qarətçi yırtıcılara qarşı uca müqavimət bayrağı idi. O, məzlumların cəsur müdafiəçisi və danışan dili, mübarizlər və haqq axtaranlar üçün ruhlandırıcı və cəsarət mənbəyi idi".
İnqilab Rəhbəri əlavə edib: "Onun şöhrəti və nüfuzu Livan, İran və ərəb ölkələrindən kənara çıxmışdı və indi onun şəhadəti bu nüfuzu artıracaq".
O, İmam Musa Sədr və Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətlərin itirilməsi səbəbindən Livan xalqının ümidsizliyə və narahatlığa düşməməsi üçün şəhid Nəsrullahın sağlığında ən mühüm şifahi və əməli mesajını oxudu və dedi: "Şəhid Nəsrullahın mesajı budur ki, mübarizə yolunda şübhə etməyin. Səylərinizi və gücünüzü artırın. Həmrəyliyinizi çoxaldın. Təcavüzkar düşmənə qarşı iman və təvəkkülünüzü gücləndirərək müqavimət göstərin və onu məğlub edin ki, Şəhid Seyidimizin öz millətindən, müqavimət cəbhəsindən və bütün İslam ümmətindən istədiyi budur".
Həzrət Ayətullah Xamenei şər düşmənin Allah adına qurulmuş Hizbullah və ya Həmas və İslami Cihad təşkilatlarına və digər mücahid təşkilatlarına ciddi ziyan vura bilməməsinə görə, dinc əhalini terror etmək, dağıtmaq, bombalamaq və öldürmək və silahsız insanlara zərər verdiyini bildirərək deyib: "Düşmən bu hərəkətləri öz qələbəsinin əlaməti hesab edir, lakin bu davranışın nəticəsi qəzəbin cəmləşməsi və insanların motivasiyasının artması və kişilərin, generalların, liderlərin və daha çox fədakarların ayaqa qalxmasına səbəb olar. Həmçinin qaniçən canavarın əhatə dairəsini  daraltmaq və nəhayət onun biabırçı varlığını tarix səhnəsindən silməsi ilə nəticələnər.
O, Şəhid Nəsrullahın 30 illik mübarizəsi, səbirli və məntiqi planlaması və müxtəlif vaxtlarda sionist rejimi geriyə itələyən Hizbullahın addım-addım irəliləməsinə toxunaraq əlavə edib: "Hizbullah həqiqətən də pak ağacdır. Habelə Hizbullah və onun qəhrəman və şəhid lideri Livanın tarixi fəzilətlərinin məğzidir".
İslam İnqilabının Rəhbəri iranlıların Livan və onun imtiyazları ilə tanışlığına və İranın Sərbədaran və Səfəvi hökumətlərində Livanın böyük din və elm xadimlərinin bərəkət və elmindən bəhrələnməsinə toxunaraq dedi: "Yaralı və qanlı Livana borcu ödəmək bizim və bütün müsəlmanların vəzifəsidir".
O, vurğuladı: "Hizbullah və Şəhid Seyid Qəzzə və Məscidül-Əqsa üçün Cihadı müdafiə edərək, qəsbkar və zalım rejimə zərbə endirərək, bütün region və bütün İslam dünyasına həyati xidmət yolunda addım atdılar".
Həzrət Ayətullah Xamenei Amerika və onun əlaltılarının qəsbkar rejimin təhlükəsizliyini qoruyub saxlamağa arxalanmasını, rejimi regionun bütün resurslarını ələ keçirmək və ondan böyük qlobal münaqişələrdə istifadə etmək üçün alətə çevirmək kimi öldürücü siyasətin pərdəsi hesab edib və deyib: "Onların siyasəti rejimi regiondan Qərb dünyasına enerji ixrac etmək və Qərbdən bölgəyə mal və texnologiya idxal etmək üçün qapıya çevirməkdir ki, bu da qəsbkar rejimin mövcudluğunu və bütün regionun ondan asılılığını təmin etmək deməkdir".
O, sionist rejimin mübariz insanlara qarşı qəddar və amansız rəftarının belə bir vəziyyətə olan hərislikdən qaynaqlandığını vurğulayaraq əlavə edib: "Bu fakt bizə başa salır ki, qəsbkar rejimə hər kəs və hər hansı bir qrup tərəfindən vurulan hər bir zərbə bütün regiona və bütün bəşəriyyətə xidmətdir".
İnqilabın Rəhbəri sionist və amerikalıların qəsbkar rejimin varlığına zəmanət vermək arzusunu batil və qeyri-mümkün bir fantaziya adlandırıb və deyib: "Bu süni rejim Müqəddəs Kitabın ifadəsinə görə köksüz və sabit olmayan şər ağacın nümunəsidir. O, ABŞ-ın dəstəyi ilə özünü güclə ayaqda saxlayıb və Allahın lütfü ilə bu, uzun sürməyəcək".
O, sionist rejimin qeyri-sabitliyinin açıq səbəbini mühasirədə olan mücahidlərlə mübarizə apara bilməmək hesab edib və deyib: "Artıq bir ildir ki, düşmən ABŞ və bir sıra digər Qərb hökumətlərinin tam köməyi ilə Qəzzada və Livanda bir neçə milyard dollar xərcləyib və mühasirəyə alınmış və xaricdən hər hansı bir kömək ala bilməyən minlərlə Allah yolunda döyüşən mübariz və mücahidlə qarşıdurmada uğursuzluğa düçar olub. Habelə onların yeganə edə bildikləri iş evləri, məktəbləri, xəstəxanaları və silahsız əhalini bombalamaq olmuşdur".
Həzrət Ayətullah Xamenei sionist cinayətkar dəstənin tədricən Həmas və Hizbullah üzərində heç vaxt qalib gələ bilməyəcəkləri qənaətinə gəldiyinə işarə edərək, Livan və Fələstinin müqavimət göstərən xalqına, cəsur döyüşçülərə, səbirli və qədirbilən insanlara xitab edərək dedi: "Bu şəhidlər, torpağa tökülən qanlar hərəkətinizi zəiflətmir, əksinə daha da gücləndirir".
O, 1982-ci ilin yayında İslam İnqilabının çoxlu sayda yüksək rütbəli məmur və sütunlarının şəhadətinə toxunaraq qeyd etdi: "O əzizlərin itkisi asan olmadı, lakin inqilab dayanmadı, geri çəkilmədi, daha doğrusu, sürətləndi. Bu gün də bölgədəki müqavimət bu şəhadətlərlə geri çəkilməyəcək və qalib gələcək".
Qəzzada müqavimətin dünyanın gözünü qamaşdırdığını və İslama şərəf verdiyini vurğulayan İnqilab Rəhbəri əlavə edib: "Qəzzədə İslam öz sinəsini hər cür şər və çirkinliyə qarşı sipər edib. Elə bir azad insan yoxdur ki, bu müqavimətə salam və qəddar, qaniçən düşmənə qarşı lənət göndərməsin".
O, Əqsa tufanı, Qəzza və Livanın bir illik müqavimətini sionist rejimin öz varlığını qoruyub saxlamaq qayğısı ilə yaşadığını bildirib və deyib: "Bu o deməkdir ki, Fələstin və Livanın döyüşçülərinin mübarizəsi sionist rejimini 70 il geriyə qaytara bilib".
Həzrət Ayətullah Xamenei bu regionda müharibənin, təhlükəsizliyin və geriliyin əsas səbəbini sionist rejimin və sülh və əmin-amanlıq gətirmək iddiasında olan hökumətlərin mövcudluğu hesab edib və əlavə edib: "Bölgənin əsas problemi əcnəbilərin müdaxiləsidir. Bu bölgənin hökumətləri orada sülh və əmin-amanlıq bərqərar etməyə qadirdirlər. Bu böyük və xilasedici məqsəd üçün xalqların və hökumətlərin səy və mübarizə göstərməsi lazımdır".
İnqilab Rəhbəri əzəmətli Cümə namazı xütbələrinin sonunda Allahın bu yolda hərəkət edənlərlə olduğunu vurğulayaraq, Allah yolunun mücahidlərinə belə salam verdi: "Rəhbər Şəhid Nəsrullaha, Qəhrəman Şəhid Həniyyəyə və İftixarlı Komandir General-leytenant Qasim Süleymaniyə Allahın salamı olsun!"
Bu mərasimin sonunda İslam İnqilabı Rəhbərinin imamlığı ilə cümə namazı və əsr namazı qılınıb.
4240513

captcha