IQNA

Kamala Harris müsəlman liderləri ilə görüşüb

9:36 - October 07, 2024
Xəbər sayı: 3496817
İQNA - Harris İsrailin Qəzzada soyqırımı və Livana hücumlarına qarşı çıxan Amerika müsəlman və ərəb nümayəndələri ilə görüşüb.

"Əl-Hurra" saytının verdiyi xəbərə görə, bu görüş ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizədinin Ağ Evin İsrailə verdiyi dəstək səbəbiylə itirdiyi tərəfdarlarını geri qaytarmağa çalışması üçün baş tutub.
Bildirilib ki, müsəlman liderlər ABŞ-da qarşıdan gələn prezident seçkiləri, Qəzzada yaşanan iztirablar, dinc əhalinin itkiləri və Livandakı köçkünlərlə bağlı narahatlıqlarını Harrisə çatdırıblar.
Müharibə və Qəzzə xalqının iztirablarına son qoyulması, sionist girovların azad edilməsi, Fələstin xalqının ləyaqət, azadlıq və öz müqəddəratını təyinetmə hüququnun tanınması bu görüşdə müzakirə edilən digər məsələlərdəndir.
Xəbər mənbələrinə görə, bu görüşdə müsəlman liderlər Kamala Harrisdən Co Baydenin İsrailə qarşı siyasətlərinə əməl etməməyi və Qəzzada müharibənin dayandırılması üçün daha çox səy göstərməsini istəyiblər.
Bununla əlaqədar olaraq vitse-prezident Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Fil Qordon Amerika müsəlman və ərəb icmalarının narahatlıqlarını həll etmək üçün çərşənbə günü bu icmaların liderləri ilə virtual görüş keçirib.
Görüş zamanı ABŞ-ın Qəzza və Livandakı münaqişələrlə bağlı mövqeyi müzakirə olunub. Administrasiya Qəzzada atəşkəs rejimini dəstəklədiyini, Livanda diplomatiyanı təşviq etdiyini və İordan çayının qərb sahilində sabitliyi hədəflədiyini bildirib.
ABŞ-da 2024-cü il prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
4240682

captcha