"İQNA"-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, bu Quran Ər-Riyadın "Məhəmməd Əl-Həkəmi" kitabxanasındakı əsərlərdən biridir və bu kitabxananın məsul şəxslərinin səyi ilə "Riyad oxuyur" zalında nümayiş etdirilir.
Nəcdi əlifbası ilə (Ərəbistan yarımadasında yayılmış yazılardan biri) yazılmış bu Quran "Bəqərə" surəsinin bir hissəsini ehtiva edir və hicri 12-ci əsrə aiddir.
Bu nadir əlyazma Qurani-Kərim "Əl-Həkəmi" kitabxanasının ən görkəmli əsərlərindən biridir və bu kitabxanada digər kitablar və əlyazmalar illər ərzində aparılan araşdırmalar zamanı toplanıb.
Ər-Riyad sərgisindəki "Məhəmməd Əl-Həkəmi" kitabxana stendində nümayiş etdirilən digər əsərlər arasında əlyazma Quranlar var. Həmçinin bəzilərinin yaşı 400 ildən çox olan əlyazmalar, tarixi kitablar və qədim qəzetlər də var.
Kitabxananın sahibi Məhəmməd Əl-Həkəmi onun yaranma tarixi haqqında dedi: "İbtidai məktəbdən oxumağa böyük həvəsim olub və kitab toplayıb oxuyurdum, sonra nadir kitabların satıldığı kitabxanası olan bir şəxslə tanış oldum. Bu da mənim şəxsi kitabxanamın yaradılmasının başlanğıc nöqtəsi oldu".
O əlavə etdi: "16 il ərzində mən nadir kitablar topladım və bu kitabxanada Ərəbistan yarımadasının (Ərəbistan) tarixi, şəcərələri, xalq şerləri, səyahətnamələr və at və dəvə haqqında kitablar var".
Qeyd edək ki, "Riyad Beynəlxalq Kitab Sərgisi 2024" müxtəlif ölkələrdən nəşriyyat mərkəzləri və ziyalıların iştirakı ilə sentyabrın 26-da başlayıb və oktyabrın 5-də "Riyad oxuyur" şüarı ilə davam edib.
4240922