IQNA

Tələbələr Bəsrədə Quran təfsiri kursu keçirlər

2:53 - October 10, 2024
Xəbər sayı: 3496836
İQNA – İraqın Bəsrə şəhərində İmam Hüseyn (ə) türbəsinin Darül-Quranı tərəfindən minə yaxın tələbənin iştirakı ilə təfsir kursu təşkil edilib.

İmam Hüseyn (ə) türbəsinin məlumat mərkəzinin verdiyi xəbərə görə, bu Quran kursu Əl-Sadiq mahalının Darul-Quran şöbəsinin müdiri Həmzə Əl-Bətatın nəzarəti altında baş tutub.
Əl-Bətat, mindən çox kişi və qız tələbənin iştirak etdiyi bu kursun əyani və onlayn təhsil yolu ilə təşkil edildiyini və 750 nəfərin onlayn proqramlardan, 250 nəfərin isə əyani proqramlardan faydalandığını bildirib.
O qeyd edib ki, dərslərin sonunda iştirakçılardan imtahan alınıb və 100 bal toplayan 15 şagird mükafatlandırılıb.
Əl-Sadıq bölgəsinin Darul-Quran şöbəsinin müdiri Həmzə Əl-Bətat bildirib ki, İmam Hüseyn (ə) türbəsinin Darul-Quran şöbəsinin nəzarəti altında keçirilən bu kursun məqsədi Quran ayələri üzərində düşünmək və onun təlimləri ilə hərəkət etməkdir.
4240854

Teqlər: İraq ، bəsrə ، Quran kursları ، təfsir
captcha