"Salam Gateway" internet saytının verdiyi məlumata görə, fələstinli ailə sionist rejimin sponsorları olan Pepsi və Coca-Cola-nın yerinə yeni qazlı içki brendi olan "Palastine Drink" təsis edib.
Bu brendi yaratmaqda məqsəd restoranlarda alternativi olmayan Qərb içkilərinin necə üstünlük təşkil etdiyini anlamaq idi.
Bu gün bu marka təkcə qərb içkilərinə alternativ olaraq istehsal olunmur, həm də adı və dizayn seçimi ilə Fələstinlə dərin bağlılığın simvoluna çevrilib.
Bu sərinləşdirici içkini istehsal edən Safadfood AB şirkətinin qurucusu Muhamməd Kisvani Fələstində yaşanan böhrana cavab olaraq fevral ayında "Palestine Drink" şirkətinin qurulduğunu və dünyanın hər qitə və ölkəsində insanların bu məhsulu çox bəyəndiyini bildirib .
İngiltərənin ən böyük bazarlardan biri olduğunu bildirən Kisvani, məhsullarının Avropanın 10 ölkəsində olduğunu söylədi.
Şirkətin məhsullarını Yaxın Şərq bazarında satıb-satmayacağına gəlincə, Kisvani Yaxın Şərq regionu ölkələrini gələcəkdə ən böyük bazar olaraq gördüklərini və bu ilin sonuna qədər mağazalarını açıb məhsulları Ramazan 2025-dən əvvəl bütün ölkələrə təslim etməyi ümid etdiklərini söylədi..
Fələstin içkilərinin satışından əldə edilən bütün gəlirlər İsveçdə xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmiş Safad Fonduna gedir. Bu ianələr Qəzza və İordan çayının qərb sahilində müxtəlif su, qida və sağlamlıq layihələrində istifadə olunacaq.
Fond həmçinin Childfund, Weworld, PCRF, Doctors Without Borders kimi xeyriyyə təşkilatlarına və layihələrə maliyyə yardımı göstərir.
4241138