"Əl-Əhd" internet saytının verdiyi məlumata görə, Əl-Əqsa Tufanı Əməliyyatının birinci ildönümündə keçirilən bu nümayişlər Livan və Fələstin xalqları ilə həmrəyliyi göstərib.
Minlərlə insanın iştirakı ilə keçirilən "Azad Fələstin" nümayişi İngiltərənin paytaxtı Londonda Rassel Meydanından başlayıb, Whitehall-a qədər davam edib.
Nümayişçilər əllərində Livan Hizbullahının şəhid baş katibi Seyid Həsən Nəsrullahın Britaniya hökumətini İsrailə silah tədarükünü dayandırmağa çağıran fotoşəkillərini tutublar.
Fransa da Fələstin tərəfdarlarının nümayişlərinin şahidi olub. Bu nümayişlərdə “Yenilməyən Fransa” partiyasının lideri Jan-Lyuk Melenşon da iştirak edib.
İsveçin paytaxtı Stokholmda da anti-sionist nümayişlər keçirilib.
Yunanıstanda nümayişçilər Fələstin və Livanla həmrəy olduqlarını bəyan ediblər. Onlar, ölkələrinin Yaxın Şərqdə İsrail, ABŞ və Avropa Birliyinin soyqırımından tamamilə ayrılmasını tələb ediblər.
Nyu-Yorkda minlərlə insan bir araya gələrək nümayiş keçirib. İsrailin Qəzzada törətdiyi soyqırımının ildönümünü qeyd etmək, Fələstin və Livanı müdafiə etmək üçün hər kəsin səfərbər olunmasının vacibliyi vurğulanıb.
Yaponiyanın paytaxtı Tokio da anti-sionist nümayişlərin şahidi olub. Nümayişçilər “Canımız və ruhumuz Fələstinə fəda olsun” kimi şüarlar səsləndiriblər.
İtaliyalı nümayişçilər də Fələstin və Livana dəstəklərini bəyan ediblər. Onlar, Fələstin və Livana dəstəklərini bəyan edib, Livan və Qəzzanın azad edilməsini istəyiblər.
4240901