Livan mediasının verdiyi məlumata görə, bu Allahu Əkbər səsləri Hizbullahın sionist rejim ordusunun Cənubi Hayfada Binyaminadakı Qolani Briqadası hərbi bazasını məhv etmək əməliyyatını qeyd etmək üçün səsləndirilib.
Sionist rejim mediası Binyaminadakı Qolani briqadası hərbi bazasında Hizbullaha məxsus partlayıcı pilotsuz təyyarənin partlaması nəticəsində indiyədək 4 əsgərin həlak olduğunu və 68 əsgərin yaralandığını etiraf edib.
Bu media qurumları həmçinin sionist rejim ordusuna mənsub əsgərlərin işğal altındakı Hayfada dəniz bazasına sığınacaqlara qaçdığını bildiriblər. Sionist rejim mediası həmçinin bildirib ki, müqavimət pilotsuz təyyarəsi ordu bazasını vurduğu zaman heç bir xəbərdarlıq zənginin səsi çıxmayıb.