IQNA

İngiltərədə müsəlmanlara qarşı nifrət cinayətləri artmaqdadır

5:34 - October 16, 2024
Xəbər sayı: 3496870
İQNA –Britaniyada son bir ildə nifrət cinayətləri əhəmiyyətli dərəcədə artıb və bu cinayətlərdən ən çox zərər çəkənlər müsəlmanlar olub.

"Ərəb" saytının verdiyi məlumata görə, sionist rejimin Qəzzəyə təcavüzünün başlamasından bu yana müsəlmanlara qarşı cinayətlərin dörddə bir dəfə təhlükəli artması müşahidə olunub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bir ildə müsəlmanlara qarşı nifrət cinayətləri 13 faiz artıb.
Ötən mart ayının sonuna kimi polis dini nifrətlə bağlı 10484 cinayət faktını qeydə alıb. Bu artımın səbəbi sionist rejimin Qəzzəyə hücumu olub və ən çox görülən cinayətlər arasında ayrı-seçkilik, hədə-qorxu və ictimai təhdidlər var idi.
Tel Mama, bu il Britaniyada müsəlmanlara qarşı nifrət nitqi və ayrı-seçkiliyi ilə bağlı 4971 hadisə qeydə aldığını açıqladı. Bu rəqəm son 10 ildən artıqdır ki, ən yüksək göstəricidir.
Polis tərəfindən qeydə alınan nifrətlə bağlı cinayətlərin əksəriyyəti irqçi nifrət cinayətləridir.
Britaniya Daxili İşlər Nazirliyi həmçinin 2022-ci ilin mart ayının sonunda irqçi nifrət cinayətlərində 10 faiz azalma olduğunu açıqladı.
Nazirliyin açıqlamasında bildirilir ki, son iki ildə bu cinayətlərin azalması qismən də bu nazirliyin həmin cinayətlərlə bağlı etdiyi dəyişikliklərlə bağlıdır.
4241833

captcha