IQNA

Tramp və Harris Qəzzada soyqırımı dəstəkləyir

2:19 - October 19, 2024
Xəbər sayı: 3496885
İQNA – Amerika Ərəb Siyasi Fəaliyyət Komitəsi Tramp və Harrisi Qəzzada soyqırımı dəstəklədikləri üçün himayə etmədiyini açıqlayıb.

“Reuters”in verdiyi məlumata görə, mərkəzi ofisi Miçiqanda yerləşən Ərəb Amerika Siyasi Fəaliyyət Komitəsi yarandığı gündən ilk dəfə olaraq 2024-cü ildə bu ölkədə keçiriləcək prezident seçkilərində heç bir namizədi dəstəkləməyəcəyini açıqlayıb.
Komitənin bazar ertəsi yaydığı bəyanatda deyilir: "Biz cinayətkar İsraili kor-koranə dəstəkləyən Donald Tramp və ya Kamala Harrisə səs verə bilmərik".
Bu İslam qrupu, açıqlama verib ki, bu iki namizədin heç biri ərəb amerikalılar kimi bizim ümid və arzularımızı təmsil etmir. Hər ikisi Qəzzadakı soyqırımı və Livandakı müharibəni dəstəklədi.
Bu siyasi komitə 2020-ci il prezident seçkiləri və 2016-cı il prezident seçkiləri zamanı Demokrat Partiyasının namizədləri Co Bayden və Hillari Klintonu dəstəkləyib.
Bazar günü keçirilən toplantıda Amerika Ərəb Siyasi Fəaliyyət Komitəsinin üzvləri bu iki prezidentliyə namizədə səs verməmək qərarına gəliblər, çünki qrup üzvləri pis və daha pis arasında seçim edərək öz prinsiplərini güzəştə getmək istəməyiblər.
Amerika Ərəb Siyasi Fəaliyyət Komitəsi açıqlamasında, “Tramp və Harrisə səs verməməklə sadəcə susmadıq, əksinə, sərt bəyanat verdik. Bizi və bizim narahatlıqlarımızı vecinə almayan, Amerikanı parçalamağa davam edən soyqırımda iştirak edən namizədləri dəstəkləməkdən imtina edirik” dedi.
4242583

captcha