IQNA

Malayziyalı siyasətçinin "İQNA"-ya verdiyi müsahibəsi:

Fələstin məsələsi düşüncənin işğalı və müstəmləkəçiliyidir

1:48 - October 20, 2024
Xəbər sayı: 3496895
İQNA - Malayziya İslam Partiyasının sədri Əbdül-Hadi Avanq Fələstində təkcə torpaqların işğal olunmadığını, düşüncələrinin də işğal və müstəmləkə vəziyyətinə düşdüyünü bildirib.

Hizbi İslami Malayziya, qısaca "PAS" Malayziyada islamçı siyasi bir partiyadır.
Bu partiya 1951-ci ildə yaradılıb və 1982-ci ildə bu partiyaya rəhbərlik edən alimlər İslam İnqilabından ruhlanaraq İslam hökumətinin qurulmasını öz məqsədlərindən biri elan ediblər.
Hazırda partiyanın sədri din xadimi Əbdül-Hadi Avanqdır.
Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Forumunun Ali Şurasının da üzvü olan Əbdül-Hadi Avanq "İQNA"-ya verdiyi müsahibəsində Fələstin və İslam dünyasının problemlərini müzakirə edib.
Avanq bildirib ki, Fələstin İslamın müqəddəs torpaqlarından biri kimi ilahi peyğəmbərlər yurdudur.
O, həmçinin əlavə edib ki, nifaq toxumu səpmək müstəmləkəçilərin ümməti zəiflətmək planıdır.
Malayziya "Pas" Partiyasının sədri müsəlmanların müstəmləkəçilərə və qlobal istikbara qarşı birləşməli olduğunu bəyan edərək, İslam düşmənlərinin bu dinin yer üzündə bərqərar olmasını istəmədiklərini və İslamın bəşəriyyətin yeganə xilaskarı olduğunu bəyan edib.
O, həmçinin deyib: "Sionist rejim təfriqə, ixtilaf və parçalanmadan başqa bir iş görmür və bunun yeganə çarəsi müsəlmanların vəhdəti və birliyidir.
Malayziyalı alim “İslam birliyi Qüds və Məscidül-Əqsa azadlığı olmadan əldə edilə bilməz” deyərək Qüdsün İslam dünyasının qəlbi olduğunu, lakin bəzi İslam ölkələrinin İsraili dəstəklədiyini qeyd edərək, İslam ölkələrinin etnik və dini fərqləri bir kənara qoymalı olduğuna işarə edib.
Avanq bildirmişdir ki, Peyğəmbərimizin (s) yolu müsəlmanlar arasında birliyin möhkəmləndirilməsində müsəlman ümmətinin kompasıdır.
O, bildirib ki, müsəlmanlar Peyğəmbərin (s) yolu ilə getsələr, ixtilafları bir kənara qoyub düşmənlərinə qarşı birləşə bilərlər.
Həzrət Peyğəmbərin (s) nübüvvətinin iki xüsusiyyətə malik olduğunu deyən Avanq birincinin ərəb və qeyri-ərəbdən asılı olmayaraq bütün bəşəriyyəti Allaha dəvət etməsi, ikincisinin isə bütün bəşəriyyəti əhatə etdiyini bildirdi.
Malayziyalı alim Qurani-Kərimin "Furqan" surəsinin 56-cı ayəsini xatırladıb: “Biz səni ancaq müjdə verən və qorxudan kimi göndərdik”.
Əbdül-Hadi Avanq müsəlmanlar üçün Peyğəmbərin (s) yolu ilə getməyin vacibliyinə toxunaraq, onun həyatının bir kompas olduğunu və buna uyğun hərəkət etməyimizin zəruri olduğunu söylədi.
Həmçinin Həzrət Peyğəmbərin (s) müsəlmanlar və möminlər arasında qardaşlığın yayılması üçün hər zaman səy göstərdiyini və müsəlmanların da onun yolu ilə getməli olduğunu bildirmişdir.
O, Fələstin məsələsinin təkcə ərəblərin deyil, bütün İslam dünyasının problemi olduğunu vurğulayıb.
4239084

Teqlər: malayziya ، İslam ، vəhdət ، siyasətçi
captcha