Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsinə hava hücumlarını davam etdirdiyi bildirilib.
Açıqlamada İsrailin davam edən hücumları nəticəsində dünən 63 nəfərin şəhid olduğu, 234 nəfərin isə yaralandığı bildirilib və 8 oktyabr 2023-cü ildən Livana qarşı təşkil edilən hücumlarda şəhid sayının 2 min 546 nəfərə yüksəldiyi qeyd edilib. Yaralıların sayı isə 11 min 862-yə çatıb.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.