IQNA

Əl-Husi: "İrana hücum İsrailin terrorçu mahiyyətini göstərir"

10:24 - October 27, 2024
Xəbər sayı: 3496943
İQNA – Yəmən Ali Siyasi Şurasının üzvü sionist rejimin İrana hücumunu pisləyib və vurğulayıb ki, bu cür hücumlar İranın qətiyyətli mövqeyinə təsir edə bilməz.

 
"Əl-Məyadin"-in verdiyi xəbərə görə, Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi sionist rejimin İrana hücumunu pisləyib və bu hücumun regiona mənfi nəticələr gətirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Əl-Husi, "İrana edilən hücumu pisləyirik və əminik ki, bu hərəkət nə İrana, nə də Fələstin məsələsinə verdiyi dəstəyə təsir etməyəcək" dedi.
Əl-Husi həmçinin deyib: "Sionistlərin İrana hücumu bütün regiona mənfi təsir edəcək və müvəqqəti İsrail rejiminin təcavüzkar və terrorçu mahiyyətini ortaya qoyur".

Teqlər: iran ، yəmən ، sionist rejim ، fələstin
captcha