IQNA

Şeyx Nəim Qasım Livan Hizbullahının baş katibi oldu

11:17 - October 30, 2024
Xəbər sayı: 3496966
İQNA – Livan Hizbullahı Şeyx Nəim Qasimi bu hərəkatın yeni baş katibi kimi təqdim edib.

"İQNA"-nın "Əl-Məyadin"-ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı bəyanat yayaraq Şeyx Nəim Qasimi bu hərəkatın yeni baş katibi kimi təqdim edib.
Livan Hizbullahının bəyanatında bununla bağlı deyilir: "Uca Allaha iman, həqiqi Məhəmməd (s)  İslamına bağlılıq və Hizbullahın prinsip və məqsədlərinə sadiqlik və təsdiq edilmiş baş katibin seçilməsi mexanizmi əsasında Hizbullah Şurası Şeyx Nəim Qasimin baş katib seçilməsinə razılıq verib. Hizbullah Uca Allahdan Hizbullaha və onun İslam müqavimətinə rəhbərlik etməkdəki nəcib missiyasında ona kömək etməsini istəyir".
Hizbullah həmçinin əlavə edib: "Uca Allaha və ən uca və dəyərli şəhidimiz Seyid Həsən Nəsrullahın (r.ə) ruhuna, şəhidlər, İslam müqaviməti döyüşçüləri və dəyanətli, səbirli və vəfalı millətimizə söz veririk ki, Hizbullahın prinsiplərinə və məqsədlərinə çatmaq üçün əl-ələ verək və qələbə əldə olunana qədər müqavimət alovunu yandırıb və bayrağını qaldıraq.
Allah hər şeyə qalibdir, Allah güclü və yenilməzdir
Çərşənbə axşamı, 29 oktyabr 2024-cü il
25 Rəbi əl-Sani 1446 hicri
Şeyx Nəim Qasim 1991-ci ildən Hizbullahın baş katibi olub və İmam Musa Sədrlə birlikdə “Əməl” və ya “Məhrumlar Hərəkatı” hərəkatının formalaşmasında, həmçinin Livanda Hizbullahın qurulmasında iştirak edib.
4245026

captcha