IQNA

Çeçenistanın Dini İşlər İdarəsi hicabın məcburi olduğunu təkzib edib

9:58 - November 09, 2024
Xəbər sayı: 3497018
İQNA – Çeçenistan Dini İşlər Nazirliyi öz bəyanatında bu ölkədə hicabın məcburi olması ilə bağlı saxta xəbərləri təkzib edib.

"Rusiya Əl Yəvm"-un verdiyi xəbərə görə, Dini İşlər Nazirliyi öz teleqram kanalında sosial şəbəkələrdə Çeçenistan Respublikasında məcburi hicab tətbiqi ilə bağlı bir sıra saxta məlumatların dərc edildiyini, lakin bunların saxta xəbərlər olduğunu açıqlayıb.
Çeçenistan Dini İşlər İdarəsi yalanın böyük günah və ikiüzlülük əlaməti olduğunu və Uca Allahın insanlara yalan xəbərlərin yayılmasına görə xəbərdarlıq etdiyini bildirib. “Hucurat” surəsinin 6-cı ayəsində belə buyurulur: “Ey iman gətirənlər! “Birini bilmədən incitməmək və sonradan etdiyinə görə peşman olmamaq üçün, azmış biri sənə xəbər gətirdikdə, onun doğruluğunu yoxla”.
4246252

captcha