IQNA

Qətər "Qəzzədə vasitəçilikdən çəkiləcəyi" iddiasını rədd edir

7:30 - November 11, 2024
Xəbər sayı: 3497038
İQNA - Qətər Xarici İşlər Nazirliyi, Reuters xəbər agentliyinin "Qətərin Qəzzada vasitəçilikdən çəkiləcəyi" iddiası ilə bağlı verdiyi açıqlamada bu iddiaları təkzib edib.

Nazirliyin sözçüsü Məcid Əl-Ənsari ölkəsinin Qəzzada atəşkəs üçün vasitəçilik etməyə davam edəcəyini bildirib.
Ənsari, son danışıqlarda razılaşma əldə edilmədiyi təqdirdə müvəqqəti olaraq vasitəçiliyi dayandıracaqlarını tərəfləri məlumatlandırdıqlarını və Qətərin mülki insanların əziyyətini azaltmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Bundan əlavə, Ənsari Həmas-ın Dohadakı ofisinin tərəflər arasında rabitə kanalı rolunu oynadığını və bu kanalın keçmişdə atəşkəsin yaradılmasına töhfə verdiyini bildirib.
Britaniyanın Reuters xəbər agentliyi Qətər rəsmilərinin HƏMAS-ın Dohadakı siyasi ofisinin artıq öz məqsədinə xidmət etmədiyinə qərar verdiyini iddia edib.

captcha