IQNA

Ənsarullah ABŞ-ın təyyarədaşıyan gəmisini hədəfə alıb

6:03 - November 13, 2024
Xəbər sayı: 3497051
İQNA – Yəməndəki Ənsarullah Hərəkatı Oman dənizi və Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir təyyarədaşıyan gəmi və iki esminesi hədəf aldıqlarını bildirib.

Yəmən Ənsarullah Hərəkatı Qəzzəyə hücumlardan sonra işğalçı ABŞ və sionist rejimə məxsus hədəflərə qarşı əməliyyatlarını davam etdirir.
Yəmən Ənsarullah Hərəkatının hərbi sözçüsü Yəhya Seri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln təyyarə gəmisini qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldıqlarını açıqlayıb.
Sare həmçinin Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki esminesi ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını bildirib.
Sare açıqlamasında bildirib ki, Livan və Qəzzada ABŞ-ın dəstəklədiyi müharibələr bitənə qədər hücumları dayanmayacaq. (İLKHA)

captcha