"Əl-aləm" saytının verdiyi xəbərə görə, Şeyx Əhməd ibn Həməd Əl-Xəlili X platformasındakı paylaşımında deyib: "Qərb hökumətlərinin sionistlərə verdiyi dəstək Təl-Əviv rejiminin digər rejimlərdə olmayan xüsusiyyətlərə malik olduğunu düşünməyə vadar edib".
O, həmçinin sözügedən hökumətlərdən heç bir reaksiya almadan qanunsuz addımlar atdıqlarını bildirib.
Sionist lobbisinin günahsız və məzlum olması ilə bağlı iddiaların tamamilə yalan olduğunu bildirən Oman müftisi Qərb mediasının sionistlərə qarşı ədalətsiz davranmış kimi qələmə verməklə Yaxın Şərqdəki vəziyyəti ədalətsiz şəkildə göstərməsini pisləyib və qeyd edib ki, Qərb Fələstin məsələsi ilə bağlı ikili standart siyasətinə son qoymalıdır.
Əl Xəlili vurğulayıb ki, insanlar təbii olaraq öz hüquqlarını müdafiə edirlər və bu, Fələstin və Livan xalqlarının müqavimətində açıq şəkildə görünür.
4247568