IQNA

Livanda şəhidlərin sayı 3 min 516-ya yüksəlib

10:30 - November 20, 2024
Xəbər sayı: 3497089
İQNA - İşğalçı İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən etibarən Livana qarşı həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 35 nəfər artaraq 3 min 516-ya çatıb.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölənlərlə bağlı məlumat verilib.
Soyqırım törədən İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 35 nəfərin şəhid olduğu, 143 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada İsrailin 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana hücumlarında şəhid sayının 902-si qadın və uşaq, 212-si səhiyyə işçisi olmaqla 3 min 516-ya, yaralı sayının isə 14 min 929-a yüksəldiyi bildirilib.
İşğalçı ordu sentyabrın 23-də Livanın paytaxtı Beyrut və cənub şəhərləri ilə yanaşı Bəqəə və Bəəlbək bölgələrinə də intensiv hava hücumu həyata keçirib.

captcha