IQNA

Səudiyyə Ərəbistanında ikinci beynəlxalq “İslam incəsənəti” konfransı keçiriləcək

13:53 - November 20, 2024
Xəbər sayı: 3497094
İQNA – Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Dünya Mədəniyyət Mərkəzinin himayəsi ilə ikinci beynəlxalq “İslam incəsənəti” konfransı keçiriləcək.

"Əl-Bələd" saytının verdiyi xəbərə görə, Konfrans 24-26 noyabr tarixlərində Əl-Şərqiyyə bölgəsində “Sənətkara tərif” şüarı ilə keçiriləcək.
Konfransın təşkilində məqsəd ənənəvi İslam sənətinə innovativ yanaşma gətirən qeyri-adi əl işlərini tərifləməkdir.
Tədbir 2025-ci ilin əl işləri ili adlandırılması ilə eyni vaxtda keçiriləcək.
Konfransda 13 ölkədən 27 məruzəçi iştirak edəcək və müasir sənətkarlıqda yeni yanaşmaları müzakirə edəcək.
Səudiyyə konfransında İslam incəsənətinin hazırkı vəziyyəti və keçmiş əlaqələri izah ediləcək.
Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Dünya Mədəniyyət Mərkəzinin direktoru Abdullah Əl Rəşid bəyan edib ki, İslam İncəsənət Konfransı və Sənətkarların Tərifi Sərgisi İslam sənayesi dünyasına açılan bir pəncərə olacaq. Həmçinin bildirdi ki, bu tədbirlə İslam incəsənətini tərifləmək, İslam ənənələrini yaşadan və yeni cərəyanlara ilham verən sənətkarlara dəstək olmaq məqsədi güdürlər.
4248884

captcha