"Ava" xəbər agentliyinin verdiyi məlumata görə, valilikdən verilən açıqlamada Vanq Fiki adlı çinli iş adamının İslamı qəbul etdikdən sonra adını Abdullah Muhəmməd olaraq dəyişdirdiyi bildirilib.
Çinli iş adamı İslamı qəbul etmə səbəbini açıqlayarkən İslamın həqiqətini anladığını və araşdırmalardan sonra İslamı seçdiyini bildirib.
Qeyd edək ki, çinli iş adamı Bəlx vilayətinin yerli hökumətinin koordinasiyası ilə bu əyalətdə istehsal fabrikləri yaratmaq qərarına gəlib.
4249160