Sionist İsrailin Qəzza zolağında həyata keçirdiyi intensiv hücumlar 414-cü gündür ki, davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada işğalçı qüvvələrin son 48 saatda həyata keçirdiyi 7 hücumda 120 fələstinlinin şəhid olduğu, 205 nəfərin isə yaralandığı bildirilib.
Bildirilib ki, İsrail rejiminin hücuma başladığı 7 oktyabr 2023-cü ildən bu yana şəhid olanların sayı 44 min 176-ya, yaralıların sayı isə 104 min 473-ə yüksəlib.