IQNA

Qəzzada yağan yağış səbəbindən 10 min çadır zərər görüb və su altında qalıb

10:14 - November 28, 2024
Xəbər sayı: 3497144
İQNA - Qəzza zolağında məcburi köçkünlərin sığındığı təxminən 10 min çadırın yağışlar nəticəsində zədələndiyi və dəniz dalğaları tərəfindən sürükləndiyi bildirilib.

Hökumətin Qəzza zolağındakı Media Ofisi verdiyi açıqlamada, son iki gündə təsirli olan hava şəraiti səbəbindən köçkünlərin məskunlaşdığı təxminən 10 min çadırın zədələndiyini və dəniz dalğaları tərəfindən sürükləndiyini açıqlayıb.

Ofis beynəlxalq ictimaiyyətə, dünya ölkələrinə, bütün beynəlxalq və BMT təşkilatlarına təcili humanitar yardım üçün müraciət edərək, Qəzza zolağında fəlakətin astanasında olan yüz minlərlə köçkünün xilas edilməsini istəyib.

Açıqlamada işğal ordusunun təhlükəli humanitar şəraitdə 250 min çadır və səyyar evin bölgəyə daxil olmasının qarşısını aldığı bildirilib.

Hökumətin sahə qiymətləndirməsinə görə, məcburi köçkünlərin istifadə etdiyi çadırların təxminən 81 faizi yararsız hala düşüb. (İLKHA)

captcha