IQNA

Qəzzədə şəhid sayı 44 min 466-ya çatdı

11:15 - December 03, 2024
Xəbər sayı: 3497172
İQNA - İşğalçı sionistlərin 7 oktyabr 2023-cü ildən etibarən Qəzzədə davam etdirdiyi soyqırım nəticəsində şəhidlərin sayı 44 min 466-ya, yaralıların sayı isə 105 min 358-ə yüksəlib.

Qəzzə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, işğalçıların Qəzzə Zolağına 422 gündür davam edən hücumları ilə bağlı məlumat paylaşılıb.

İşğalçı sionistlərin son 24 saat ərzində Qəzzə Zolağının müxtəlif bölgələrində həyata keçirdiyi “6 qətliamda” 47 nəfərin şəhid olduğu, 108 nəfərin yaralandığı bildirilib. İşğalçı sionistlərin 7 oktyabr 2023-cü ildən Qəzzə Zolağına təşkil etdiyi hücumlar nəticəsində şəhidlərin sayının 44 min 429-a, yaralıların sayının isə 105 min 250-yə yüksəldiyi qeyd olunub. (İLKHA)

captcha