IQNA

11:08 - December 15, 2024
Xəbər sayı: 3497248
Milli Quran yarışlarının iştirakçısı:

Ümid edirəm ki, Allah sözünün təbliğatçısı olacam

İQNA – Gözləri görməyən Quran hafizi Əlirza Xodabəxş, Quranın təbliğatçısı olmağı özünün ən böyük hədəfi hesab edib və deyib: "Mən ilk dəfədir ki, bu yarışmada iştirak edirəm və ümid edirəm ki, ilahi kəlamın təbliğatçısı olum, xüsusən də Quranı əzbərləmək sahəsində.

Ümid edirəm ki, Allah sözünün təbliğatçısı olacam

Xorasan Rəzəvi vilayətinin Səbzevar şəhərindən olan və 47-ci milli Qurani-Kərim yarışmasının final mərhələsinin əzbərlənməsi üzrə yarışma iştirakçısı gözləri görməyən Əlirza Xodabəxş, Şərqi Azərbaycandan "İQNA"-ya verdiyi müsahibəsində Quran təbliğatçısı olmağı bu sahədəki ən böyük hədəfi hesab edib və deyib: "İlk dəfədir ki, bu yarışmada iştirak etdim və xüsusilə Quranı əzbərləmə sahəsində ilahi kəlamın təbliğatçısı olacağıma ümid edirəm".

O, Quranı iki yolla əzbərlədiyini deyib: Dinləmək və Brayl əlifbasından istifadə etməklə. Sonra sözünə belə davam edib: Quranı oxumağa orta məktəbdə başlamışam, lakin 2017-ci ildə Allahın lütfü ilə bir ildə Quranı bütünlüklə əzbərləmişəm".

Xudabəxş Quranın şəxsi həyatında ilk və ən mühüm təsirinin aramlıq və qəlbi xatircəmlik olduğunu bildirib və əlavə edib: "Ailəmin və yaxınlarımdan birinin təşviqi ilə Quran sahəsinə daxil oldum və bu, mənə həyatımın bütün sahələrində, o cümlədən, təhsil və qəbul imtahanlarında uğur qazandırdı".

Quran tilavəti üçün Ustad Menşavinin audio fayllarından istifadə etdiyinə işarə edən, bu nurlu Quran hafizi dedi: Quranı əzbərləmə zamanı Quran müəllimlərinin və dostlarının köməyi ilə Nəhavənd və Segah kimi müxtəlif muğamları öyrənməyə başladım".

Xudabəxş Quranın öz həyatındakı təsirini və onun nemətlərini dərk edərək dedi: "Həyatda mənəviyyat yaratmaq, Uca Allahın razılığını və İmamların (ə) razılığını qazanmaq mənim Quranı əzbərləməkdən aldığım ən böyük mükafatdır".

Qeyd edək ki, Vəqf və Xeyriyyə İşləri Təşkilatının 47-ci milli Qurani-Kərim müsabiqəsinin kişilər bölməsi üzrə final mərhələsi dekabrın 9-dan 19-dək Təbrizdə davam edəcək və ictimaiyyət üçün iştirak etmək azaddır.

4254017

captcha