IQNA

Misirli Quran hafizi: "Əzm və səy Quran yarışlarında uğurun açarıdır"

12:08 - December 15, 2024
Xəbər sayı: 3497250
İQNA - Misir 31-ci Beynəlxalq Quran Hifzi Yarışmasında uşaq kateqoriyasında birinci olan Əbdülməlik İbrahim Əbdülati, belə yarışlarda uğur qazanmaq istəyənlərin Quranı əzbərləmək və oxumaqda əzm və səy göstərməli olduğunu, zirvəyə çatmağın yolu olduğunu bildirib.

"İQNA", "Əl-Qahirə 24"-ə istinadən xəbər verir ki, uşaq kateqoriyasında birinciliyi qazanan Əbdülməlik İbrahim Əbdülati bu rütbəni qazandığı üçün çox xoşbəxt olduğunu bildirib. O dedi: "Allaha şükürlər olsun ki, bu uğur xəbərini alanda çox sevindim və razı qaldım. Belə bir diplom qazanmaq mənim üçün böyük qürur mənbəyidir".

Misirin "Ən-Nas" peykinə müsahibəsində "Mən rütbə alacağımı proqnozlaşdırırdım, lakin birinci yer elan olunana qədər neçənci yeri qazandığımı bilmirdim. Anons anı olduqca həyəcanlı və gərginliklə dolu idi" dedi.

Əbdülməlik İbrahim Əbdülati bu uğur üçün ciddi çalışdığını və hər gün Quran ayələrini təkrarlamağa çox vaxt ayırdığını bildirib. "Mən Quranı gecə-gündüz əlimdə saxladım və birinci olmağa qərarlı idim".

Uğurunda Quran oxumağın mühüm rol oynadığını vurğulayan Əbdülati, "Bu dərəcə davamlı səy və zəhmətin bəhrəsidir" dedi.

O, bu cür yarışlarda uğur qazanmaq istəyənlərə də bu mesajı verdi:

"Bu insanlar Quranı oxumaqda və təkrarlamaqda əzm və səy göstərməlidirlər. Bilməlidirlər ki, bu iki ünsür zirvəyə çatmağın yoludur".

Quranı öyrənməyə maraq göstərən gənclərə və ailələrə müraciət edən Əbdülati, "Uşaqları Quranla maraqlanan ailələr əzbər və təkrara ciddi diqqət yetirməlidirlər. Çünki müvəffəqiyyətin əsasını bu iki xüsusiyyət təşkil edir" dedi.

Məlum olduğu kimi, 7-10 dekabr 2024-cü il tarixləri arasında Misirdə 31-ci Beynəlxalq Quran Hifzi Yarışı bu ölkənin yeni inzibati paytaxtında yerləşən məscid və mədəniyyət mərkəzində keçirilib. Müsabiqədə dünyanın 60-dan çox ölkəsinin nümayəndəsi iştirak edib.

4254107

Teqlər: quran ، misir ، müsabiqə ، qahirə
captcha