"İQNA"-nın verdiyi məlumata görə, İsfahan əyalətinin "Təsnim" Qurani-Kərimi xor oxuyan və surud oxuyan qrupunun üzvləri Qurani-Kərimi xor oxuduqları daha bir əsəri paylaşıblar.
Bu qiraətdə Ustad Şəhhat Məhəmməd Ənvərin qiraətindən "Naziat" surəsinin 26-dan 30-a kimi olan ayələrini xor oxuyublar.
«إِنَّ فِی ذَلِکَ لَعِبْرَةً لِمَنْ یَخْشَى»
"Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır".
«أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ بَنَاهَا»
"Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?"
«رَفَعَ سَمْکَهَا فَسَوَّاهَا»
"Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı".
«وَأَغْطَشَ لَیْلَهَا وَأَخْرَجَ ضُحَاهَا»
"Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi".
«وَالْأَرْضَ بَعْدَ ذَلِکَ دَحَاهَا»
"Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı".
4254468