Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada işğalçıların Qəzza Zolağına hücumları ilə bağlı məlumat verilib.
Bildirilib ki, işğalçıların son 24 saat ərzində Qəzza Zolağının müxtəlif bölgələrində həyata keçirdiyi “3 qətliamda” 32 nəfər şəhid olub, 54 nəfər yaralanıb.
İşğalçıların 7 oktyabr 2023-cü ildən bu yana Qəzza Zolağına təşkil etdiyi hücumlarda şəhid olanların sayının 45 min 259-a, yaralıların sayının isə 107 min 627-yə yüksəldiyi qeyd olunub.
Həmçinin açıqlamada vurğulanıb ki, hələ də dağıntılar altında və yol kənarlarında cəsədlər qalır. Ancaq işğalçıların maneələri səbəbindən tibb işçiləri və mülki müdafiə qüvvələrinin cəsədlərə çatması mümkün olmur.