IQNA

Küveyt Qurani-Kərim yarışmasında yaşlı kişinin uğuru

2:57 - December 23, 2024
Xəbər sayı: 3497293
İQNA - Küveyt Vəqflər Baş Katibliyi 27-ci milli Qurani-Kərim əzbərləmə və qiraət yarışmasının qaliblərinin adlarını açıqlayıb.

"Əs-Siyasə" saytının verdiyi xəbərə görə, Küveyt Vəqflər Baş Katibliyinin sədri Nasir əl-Həmd keçirdiyi mətbuat konfransında Vəqflər Katibliyinin bu dövrdə yarışmada hafizlərin sayını artırmaq üçün çox çalışdığını bildirib.

O, həmçinin yarışmada diqqətçəkən hadisələrdən birinin 82 yaşlı bir kişinin qaliblər arasında yer alması olduğunu vurğulayıb.

Küveyt Qurani-Kərim yarışmasının ümumi finalçı sayı qadınlar və kişilər daxil olmaqla 2 min 900 nəfərə çatıb, xüsusi ehtiyacları olan şəxslər arasında isə 22 kişi və qadın qalib gəlib.

Əmək və Sosial İşlər Nazirliyinə bağlı uşaq evləri və sosial qayğı mərkəzlərinin sakinlərindən ibarət qrupda 21 kişi və qadın iştirakçı birinci yeri tutub, böyüklər qrupunda isə ən yaşlı qalib iştirakçı 82 yaşında olub.

Nasir əl-Həmd "Cəmiyyət uğuru" mükafatını Qurani-Kərim və Qurani Elmləri Öyrənmə Bacarıqları Cəmiyyətinin qazandığını əlavə edib.

4255066

Teqlər: küveyt ، quran ، müsabiqə ، qaliblər
captcha