"İQNA"-nın "Əl-Cəzirə" kanalına istinadən verdiyi məlumata görə, İsrail rejimi Papanın Qəzza ilə bağlı sözlərinə qəzəbləndiyini ifadə edən bir hərəkətlə bu sözlərə etiraz əlaməti olaraq Vatikanın işğal olunmuş ərazilərdəki səfirini çağırıb.
Bu addım dünya katoliklərinin lideri Papa Fransisin çərşənbə günü Qəzza zolağında ağır humanitar vəziyyətlə bağlı xəbərdarlıq etməsindən bir neçə saat sonra atılıb.
Dünya katoliklərinin lideri Qəzzada mövcud vəziyyətə toxunaraq, bu sahədəki vəziyyəti çox təhlükəli adlandırıb və sülh və dialoqun bərqərar olması üçün zəmin hazırlanacağına ümid etdiyini bildirib.
4256325