IQNA

Çikaqoda 23-cü İllik Müsəlman Konqresi keçirilir

23:40 - December 29, 2024
Xəbər sayı: 3497333
İQNA - ABŞ-ın Çikaqo şəhərində Amerikanın ən böyük müsəlman çətir təşkilatları olan Müsəlman Amerika Cəmiyyəti (MAS) və Şimali Amerika İslam Birliyinin (ICNA) birgə təşkilatçılığı ilə konqres keçirilir.

"About İslam" internet saytının verdiyi xəbərə görə, Şimali Amerika bölgəsi başda olmaqla dünyanın hər yerindən on minlərlə müsəlmanı bir araya gətirən proqramlardan biri olan MAS-ICNA Konqresi 3 gün davam edəcək. Dekabrın 26-28-də keçirilən Konqresdə qlobal böhranlar müzakirə olunur. Gündəmin əsas mövzuları arasında Qəzza və Suriyadakı dəyişikliklər ön plana çıxıb. Builki konqres “Zəncirləri qırmaq və dəyişikliyi sürətləndirmək” mövzusu ilə təşkil olunub və təqdimat materiallarında zəncirlərin qırılmasının “sosial məhdudiyyətlərdən qurtulmaq və transformasiya prosesinə başlamaq üçün zəruri addım” kimi müəyyən edildiyi vurğulanır.

Proqrama uşaqlar üçün maarifləndirici və əyləncəli fəaliyyətlərlə yanaşı, gənclər üçün xüsusi seanslar da daxil edilib. Amerikalı müsəlman ailələri üçün keçirilən tədbir böyüklər və gənclər üçün müxtəlif mühazirələr və seminarları əhatə edir. Gün boyu davam edən konfrans və təlim proqramlarından əlavə, konqresdə tanıtım və alış-veriş stendləri olan böyük bir bazar sahəsi də var.

4256604

Teqlər: konqres ، Çikaqo ، müsəlman ، amerika
captcha