IQNA

Tatarıstanda ilk İslam kitab sərgisi açılacaq

11:44 - January 03, 2025
Xəbər sayı: 3497362
İQNA- Tatarıstan Respublikası Yazıçılar Birliyi ilk İslami kitab sərgisinin Almetyevsk (Elmet-Almat) şəhərindəki Rizauddin mərkəzi məscidində açılacağını bildirib.

"Əlalukə" saytının verdiyi məlumata görə, İslam mədəniyyəti və düşüncəsinin yayılması üçün unikal hadisə hesab edilən bu sərgidə Tatarıstan Respublikasının hər yerindən yazıçılar, oxucular və nəşriyyatlar iştirak edəcək.

Sərgidə naşirlər İslam mövzularını əks etdirən ən son nəşr olunan məhsullarını nümayiş etdirəcəklər.

Bundan əlavə, bu kitab sərgisində köhnə ədəbi əsərlərdən ibarət böyük kolleksiya, eləcə də müasir şedevrlər, o cümlədən nadir nüsxələr bütün ədəbiyyatsevərlərə təqdim olunacaq.

Sərgidə uşaqlar üçün maarifləndirici seminarlar da təşkil olunacaq.

Bu sərgi yanvarın 12-dən başlayaraq hər gün yerli vaxtla saat 13:00-dan 18:00-dək Almetyevsk Rezauddin Mərkəzi Məscidində keçiriləcək.

 4257074

Teqlər: tatarıstan ، kitab ، sərgi ، İslam
captcha