IQNA

Fələstindəki Əl-Məhd kilsəsində Qəzza üçün dualar edilib

2:11 - January 10, 2025
Xəbər sayı: 3497403
İQNA – Fələstinin İordan çayının qərb sahilindəki Beytül-ləhm şəhərində, Həzrət İsanın (ə) doğulduğuna inanılan Doğum Kilsəsi (Əl-Məhd) Qəzza xalqı ilə həmrəylik əlaməti olaraq Milad bayramını qeyd etmədən dualarla keçirib.

Bazar ertəsi Nativity kilsəsinin zəngləri çalındı. Həzrət İsanın (ə) mövludu ildönümü üçün Şərq xristian təqvimi ilə dualar oxunurdu.

Mərasimdə Qəzza sakinləri, xüsusilə də uşaqlar üçün dualar edilib, sionist rejimin həyata keçirdiyi müharibə və soyqırımına son qoyulması istənilib.

Doğum Kilsəsi son iki ildir ki, Milad bayramını bəzəksiz və ya bayram etmədən qeyd edir. Çünki bu, sadəcə olaraq Qəzzanın acınacaqlı vəziyyətinə qəmlənmə əlaməti olaraq qeyd olunurdu.

Beytül-ləhmdən və Fələstinin digər bölgələrindən olan yerli xristianlar bazar ertəsi səhər kilsəyə toplaşaraq müharibənin dayandırılması üçün dua edib yalvarıblar.

Xristianlar inanırlar ki, Əl-Məhd kilsəsi Həzrət İsanın (ə) doğulduğu mağaranın üstündə tikilib.

4258568

captcha