IQNA

Qəzza şəhidlərinin sayı 46 min 537 nəfərə çatıb

2:16 - January 12, 2025
Xəbər sayı: 3497412
İQNA – Fələstinin Qəzzə Səhiyyə Nazirliyi son statistikasında 2023-cü il oktyabrın 7-dən etibarən sionist rejimin Qəzzə zolağına qarşı başlatdığı müharibədə şəhidlərin sayının 46 min 537 nəfərə çatdığını açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, sionist rejim son 24 saat ərzində Qəzzada fələstinli ailələrə qarşı daha 5 hücum həyata keçirib.

Bu hücumlar nəticəsində 32 fələstinli şəhid olub, 193 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin hesabatına görə, bu son məlumatlarla 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında şəhidlərin ümumi sayı 46 min 537, yaralıların sayı isə 109 min 571-ə çatıb.

7 oktyabr 2023-cü il tarixindən etibarən işğalçı İsrail rejimi ABŞ və bəzi Qərb ölkələrinin tam dəstəyi ilə Qəzza zolağı və İordan çayının qərb sahilində müdafiəsiz Fələstin xalqına qarşı genişmiqyaslı hücumlar həyata keçirir. Bu hücumlar infrastrukturun kütləvi şəkildə dağıdılmasına, ölümcül aclığa, çoxu qadın və uşaq olmaqla minlərlə fələstinlinin şəhid olmasına və yaralanmasına səbəb olub.

Təl-Əviv, beynəlxalq ictimaiyyətin reaksiyalarından, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada müharibənin dayandırılması və soyqırımın qarşısının alınması ilə bağlı qərarlarından asılı olmayaraq cinayətlərini davam etdirir.

Üstəlik, sionist rejim bir ildən çox vaxt keçməsinə baxmayaraq, HƏMAS hərəkatını məhv etmək və Qəzza zolağında israilli məhbusları azad etmək kimi məqsədlərinə nail ola bilməyib.

captcha