"Rəyul-Yəvm" xəbər verir ki, bu mərkəz, uşaqların analarının qucağında donaraq ölməsi və müvəqqəti sığınacaqların dağılması kimi dəhşətli hadisələrə işarə edərək, vəziyyəti həll etmək üçün təcili qlobal tədbirlər görməyə çağırıb.
Əl-Əzhər Mərkəzi şənbə günü rəsmi bəyanat yayaraq, beynəlxalq ictimaiyyətin Qəzza xalqının əzablarına cavab verməkdə davam edən uğursuzluğundan təəssüfləndiyini bildirib. O, 15 aydır davam edən müharibə və mühasirənin xüsusilə sərt qış aylarında çoxlu insanın həyatına son qoyduğuna diqqət çəkib.
Misirin Əl-Əzhər İslam Mərkəzi beynəlxalq ictimaiyyəti Qəzzaya humanitar yardımın çatdırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Bəyanatda işğalçı rejimin təcavüzünün böyük humanitar fəlakətə səbəb olduğu və bu bölgənin əhalisinin, xüsusilə də qadın, uşaq və qocaların çox ağır şəraitdə yaşadığı bildirilib.
Mərkəz, həmçinin sionist rejimin Qəzzada törətdiyi hərbi cinayətlərə, o cümlədən etnik təmizləmə, soyqırım və qırğınlara diqqət çəkib və beynəlxalq ictimaiyyətin bu cinayətlərə lazımi reaksiya verməməsindən təəssüfləndiyini bildirib.
Əl-Əzhər Qəzza və Fələstində baş verən humanitar böhran şəraitində onları bu vəziyyətdən xilas etmək üçün bütün tədbirləri görməyə və səy göstərməyə çağırıb.
Böhranın sistematik və görünməmiş olduğunu bildirən Əl-Əzhər Mərkəzi beynəlxalq, ərəb, siyasi və media sferalarında kifayət qədər diqqət görmədiyi üçün narahatlığını və kədərini ifadə edib.
Sonda, bəyanatda bütün digər insanlar kimi fələstinlilərin də insan haqlarından və beynəlxalq hüququn qorunmasından faydalanmaq hüququ olduğu qeyd edilib.
Buna görə də bütün beynəlxalq qurumlar və ölkələr Qəzzanın mühasirəsini aradan qaldırmaq və bölgə xalqına kömək etmək üçün təcili tədbirlər görməyə çağırılıb.
4259426