Sionist rejim döyüş təyyarələri Livanın cənubundakı Deyr əz-Zəhrani və Humin əl-Fuqa bölgələrini intensiv şəkildə bombalayaraq atəşkəsi növbəti dəfə pozub.
İsrailin Hizbullahla atəşkəs razılaşmasına baxmayaraq hücumlarını davam etdirdiyi və bu hücumlarda can itkisi və ya maddi tələfat barədə hələlik məlumatın olmadığı bildirilib.
Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə nəzarət edən Paris administrasiyası sionist rejimin atəşkəs razılaşmasını bir neçə dəfə pozduğunu bildirib.
Dekabrın 22-də qüvvəyə minən atəşkəsdən sonra sionist rejimin Livan ərazisinə 816 hücum təşkil etdiyi açıqlanıb.
Bildirilib ki, bugünkü hücumlarda sionist rejim döyüş təyyarələri də Suriya ərazisində Livan sərhədinə yaxın əraziləri bombalayıb.
Sionist rejim bəyanat yayaraq, hücumların Hizbullaha məxsus bir reaktiv yaylım atəşi qurğusunu, hərbi mövqeni və Suriya ilə Livan arasında silah qaçaqmalçılığı marşrutunu hədəf aldığını açıqlayıb.