IQNA

Qəzza ilə bağlı Blinkenə etiraz: "Soyqırım Prezidenti"

2:18 - January 16, 2025
Xəbər sayı: 3497441
İQNA - ABŞ dövlət katibi Antoni Blinken son xarici siyasət çıxışını edərkən "soyqırım prezidenti" və "sizi bağışlamayacağıq" kimi şüarlarla etiraz edilib.

ABŞ dövlət katibi Blinken Vaşinqtonda Atlantic Council beyin mərkəzində iştirak etdiyi proqramda Bayden administrasiyasının 4 illik xarici siyasətini dəyərləndirib.

Ayağa qalxaraq çıxışı zamanı Blinkenə müraciət edən etirazçı Qəzzada minlərlə uşağın ölümündə ABŞ-ın məsuliyyət daşıdığını qeyd edərək, “soyqırım prezidenti” və “sizi bağışlamayacağıq, bunları unutmayacağıq” – deyə qışqırıb.

Nümayişçi Blinkenə "Sən soyqırım prezidentisən, sənin əllərində minlərlə uşağın qanı var. Günahsız dinc insanların və uşaqların qanı sənin əllərindədir. Bunu unutmayacağıq" - deyə səsləndi.

Etirazçı mühafizəçilər tərəfindən uzaqlaşdırıldıqdan sonra az sonra ayağa qalxan başqa bir etirazçı da Qəzzada soyqırımı dəstəklədiyi üçün Blinkeni tənqid atəşinə tutub.

Blinkeni “müharibə tərəfdarı, canavar” və “soyqırım prezidenti” adlandıran etirazçı da mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb.

Tezliklə üçüncü nümayişçi də Blinkenə "soyqırım prezidenti" deyə qışqıraraq onun ardınca gedib.

captcha