IQNA

Şri Lanka Milli Quran müsabiqəsinin final mərhələsi

1:08 - January 19, 2025
Xəbər sayı: 3497455
İQNA - Şri-Lankanın ikinci milli Quran hifzi müsabiqəsinin final mərhələsi ölkənin paytaxtı Kolomboda keçirilib.

"Shahdnow.sa" saytının verdiyi məlumata görə, milli müsabiqə Səudiyyə Ərəbistanının Dini İşlər, Təbliğ və İrşad Nazirliyi tərəfindən bu ölkənin Kolombodakı səfirliyi ilə birgə Gol Face zalında təşkil olunub.

Səudiyyə Ərəbistanı Dini İşləri İdarəsinin Türkiyədə və xaricdə Quran fəaliyyətlərini dəstəkləmək üçün göstərdiyi səylərə uyğun olaraq keçirilən müsabiqənin məqsədi Quran təlimlərinə sadiqliyin təşviq edilməsi, gənclər arasında Quran əzbərinin gücləndirilməsi, Quran maarifinin cəmiyyətdə institusionallaşdırılması və mötədilliyə əsaslanan dəyərlərin yayılması kimi izah edilib.

Müsabiqənin seçmə mərhələsi 28-29 dekabr 2024-cü il tarixlərində Şri-Lankanın 24 əyalətində keçirilib. Bu mərhələdən 400 qız və oğlan final mərhələsinə keçib.

Müsabiqə Şri-Lanka cəmiyyətinin müxtəlif qrupları, o cümlədən universitet fəalları, dini mərkəzlərin tələbələri, Darul-Quranlar və məscidlər tərəfindən rəğbətlə qarşılanıb.

4260471

Teqlər: srilanka ، quran ، müsabiqə ، ərəbistan
captcha