IQNA

Amerikalı müəllif: "İslam düşmənlərin ittihamlarından uzaqdır"

2:12 - January 25, 2025
Xəbər sayı: 3497489
İQNA – Amerikalı yazıçı İslamın düşmənlərinin bütün ittihamlarından uzaq olduğunu vurğulayıb.

Beynəlxalq araşdırma saytı kimi fəaliyyət göstərən "Patheos" internet saytı Qəzza müharibəsi başlayandan bəri Qərb mediasının ittihamlarını pisləyən redaksiya məqaləsi dərc edib. Buna uyğun olaraq, ittihamlarda İslamın dünyada bütün yəhudilərə qarşı müqəddəs müharibə apardığı iddia edilir.

Bu sayt öz məqaləsində yazıb: "Bu media dalğası mahiyyət etibarı ilə sülh və qardaşlığı oyadan, təkcə müsəlmanlar arasında deyil, yəhudilər də daxil olmaqla bütün bəşəriyyəti maraqlandıran bir dinə qarşı müzakirələr və tənqidlər başladı".

Məqalədə İslamın başqa dinlərin nümayəndələri ilə əlaqəsini izah edən ayələrdən biri də qeyd olunub. “Bəqərə” surəsi, 62-ci ayə: “Həqiqətən, iman gətirənlər! Yəhudi, xaçpərəst və sabiilərdən də Allaha və axirət gününə iman gətirib yaxşı işlər görənlərin mükafatları Rəbbi yanında olacaqdır. Onlar üçün qorxu yoxdur; onlar qəm-qüssə görməzlər”.

Məqalənin başqa bir hissəsində İslamın qeyri-müsəlmanların cənnətə gedə biləcəyini açıq şəkildə vurğulayan yeganə din olduğu bildirilir və yəhudi və xristianların fəzilətlərini tanıyan, onlara cənnətdə yer verən bir dinin onlara düşmən necə ola biləcəyi soruşulur.

Amerikalı yazıçı Fizan Virk, İslamı tənqid edənlərin "Əraf" surəsinin 166-cı ayəsinə (Onlar təkəbbür göstərərək özlərinə haram edilmiş şeydə təkəbbür göstərdikləri zaman Biz onlara: “Alçaq meymunlar olun!” dedik( istinad edərək deyir: "Onlar bunu Quranın yəhudiləri incitdiyinin sübutu hesab edirdilər. Bir halda ki, məsələnin həqiqəti belədir: Allah üsyanda müqavimət göstərən yəhudi icmasını sonda meymuna çevirərək cəzalandırır".

4261008

captcha