"İQNA"-nın verdiyi məlumata görə, İranın Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi başlayır. İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi yanvarın 26-sı bazar günü axşam saatlarında Məşhəd şəhərində saat 18:30-dan 21:00-dək İmam Rzanın (ə) hərəminin Qüds zalında başlayır.
Bu mərasim üçün nəzərdə tutulan proqramlar arasında Ali Rəhbərin Dəftərxanasının rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmmədi Qolpayeqaninin, İmam Rzanın Hərəminin rəhbəri Əhməd Mərvi və Mədəni İnqilab Ali Şurasının katibi Əbdülhüseyn Xosropanahın çıxışına işarə etmək olar.
Mərasim Vəqflər və Xeyriyyə İşləri Təşkilatının rəhbəri Höccətül-islam vəl-Müslimin Seyid Mehdi Xamuşinin çıxışı, İranın beynəlxalq qarisi və əvvəlki müsabiqənin birincisi Hadi Esfidaninin qiraəti ilə başlayacaq. Mərasimə həmçinin Quran xidmətkarı Abbas Səlimi və Quran fəalı və tanınmış ərəb dili eksperti Əhməd Nəcəf rəhbərlik edəcək.
Açılış mərasiminin digər proqramları arasında İmam Rza (ə) surud qrupunun ifası, eləcə də İranın dindar şairlərindən birinin şeir oxuması daxildir.
Bu mərasim Televizianın Quran və Maarif kanalında canlı yayımlanacaq.
"İQNA"-nın oxucuları bu hadisə ilə bağlı xəbərləri İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Yarışmasının xüsusi xəbər faylında izləyə bilərlər. Həmçinin ona "İQNA"-nın "@iqnanews" sosial media kanallarında da baxmaq olar.
4261677