Məşhəddə keçirilən yarışmada Hüseynipur təhqiq qiraəti kateqoriyasında "İbrahim" surəsinin 1-6-cı ayələrini oxuyaraq zaldakı tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb.
Hüseynipurun qiraətləri həmişə dərin təcrübə və Qurana olan təsvirolunmaz məhəbbəti əks etdirsə də, son illərdə onun dolğun qiraətləri bir çox mütəxəssisin diqqətini cəlb edib.
İran qarisinin ilk ayələri oxunduqca zal sükut etdi. Hüseynipurun səsindəki gözəl titrəyişlər onun qiraət texnikasına tam məharətlə malik olduğunu və Quran məfhumlarını çatdırmaq bacarığını ortaya qoydu.
Hüseynipurun qiraəti zamanı zalda dərin və mənalı sükut hökm sürdü. Unudulmaz mənəvi ab-hava yarandı.
Qiraətdən sonra tamaşaçılar iranlı qarini yüksək qiymətləndirərək uzun müddət alqışladılar.
4262383