IQNA

Həzrət Zeynəbin (s) hərəmi bağlandı

3:55 - February 03, 2025
Xəbər sayı: 3497554
İQNA - Dəməşqdə Həzrət Zeynəbin (s) hərəmi naməlum şəxslərin təkrar hücumları səbəbindən bağlanıb.

"İQNA"-nın "Bağdad Əl-Yəvm"-a istinadən verdiyi məlumata görə, naməlum şəxslərin təkrar hücumları səbəbindən Həzrət Zeynəbin (s) hərəmi bağlanıb və namazların qılınması dayandırılıb.

Bu qərar ali orqanlar tərəfindən verilib və bəzi şəxslərin fitnə törətməsinin qarşısını almaq üçün bu ziyarətgahda namaz qılınması dayandırılıb.

Bildirilir ki, bu yaxınlarda naməlum şəxslər bu ziyarətgahda xaos və təhlükəsizlik yaratmaq niyyəti ilə Həzrət Zeynəbin (s) hərəminə daxil olublar.

Suriyada Təhriruş-Şam ünsürlərinin güclənməsi ilə Həzrət Zeynəbin (s) hərəmi problemlərlə üzləşdi və yanvarın 11-də Suriyanın yeni hökumətinin kəşfiyyat xidməti İŞİD-in Seyyidə Zeynəbin (s) Məqbərəsini bombalamaq cəhdinin qarşısını almağa müvəffəq olduğunu elan etdi.

Təhriruş-Şam bundan əvvəl də çoxmillətli briqadalarından 90-dan çox hərbi ünsürü pis rəftar və onlara qarşı artan şikayətlərə görə Dəməşq ətrafında yerləşən Həzrət Zeynəbin (s) hərəminin ətrafından çıxarmışdı.

Xəbər mənbələri elan ediblər ki, Təhriruş-Şamın ekstremist yanaşmasına və bu baxımdan məşhur tarixinə baxmayaraq, ictimai rəyi reaksiyaya sövq edəcək hər hansı hücum və pozuntulardan qaçmaq üçün dini saytlarla, xüsusilə də şiələrin müqəddəs yerləri ilə bağlı son dərəcə ehtiyatlı davranır.

Bu çoxmillətli əsgərlərin geri çəkilməsi Suriya, regional və qlobal ictimai rəyin nəzərində Təhrir əl-Şamı böyük bir problemlə qarşı-qarşıya qoyan məzhəb məzmunlu video faylın yayımlanmasından sonra baş verdi.

4263474

captcha