IQNA

Beynəlxalq Quran ianə proqramında Malayziya liderlik edir

2:03 - February 04, 2025
Xəbər sayı: 3497559
İQNA – Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmdi ölkəsinin beynəlxalq Quran ianələrində ilk beş ölkədən biri olduğunu açıqlayıb.

"Bərnama"-nın verdiyi məlumata görə, milli Quran ianə proqramına nəzarət edən Əhməd Zahid Həmdi, Restu Fondu Malayziya və İslam Şurasının səyləri ilə 100 min nüsxə Quranın İndoneziya, Tailand, Kamboca, Çin və Afrika kimi müxtəlif ölkələrə paylandığını bildirib.

O, həmçinin bildirib ki, 2007-ci ildən bəri Malayziyada müxtəlif qurum və təşkilatlar vasitəsilə yoxsul və məhrum icmaların Quran əldə etmələri üçün 500 mindən çox Quran paylanıb.

"Putracaya Quran Nəşriyyat Forumunun mövcudluğu ilə Malayziya indi birinci dərəcəli imkanlarla hər il milyonlarla Quran nüsxəsini çap edə bilər" deyən Əhməd Zahid Həmdi Malayziyanın inkişaf etmiş İslam ölkəsi olduğunu və Cənub-Şərqi Asiyanın ən böyük Quran çap və paylama mərkəzi olmaq üçün çoxlu imkanlara malik olduğunu vurğulayıb.

4263665

captcha