Livan Hizbullahının baş katibi Nəim Qasim hərəkatın yaralılarına ünvanladığı məktubda vurğulayıb ki, sionist rejim və onun himayədarı ABŞ dünyanın ən zalımlarındandır, lakin sizin müqavimət və fədakarlıqlarınız onların planlarını puça çıxarıb və məqsədlərinə çatmasına mane olub.
Yaralılara xitabən və onları “diri şəhid” adlandıran Hizbullah lideri, “Siz şəhadət məqamına çatmısınız, lakin hələ də iman, cihad və müqavimət yolunda öz vəzifənizi yerinə yetirmək üçün buradasınız” deyib.
Nəim Qasim, yaralılar qarşısında çıxışını belə davam etdirdi:
“Allah yolunda cihad edənlərdən ən çox əziyyət çəkən siz oldunuz. Çünki yaralarının ağrısı səni bir an belə tərk etmir. Amma bu çətinliklər sizi fədakarlıq və sədaqət yolunda irəliləməkdən çəkindirmədi”.
Yaralı Hizbullah üzvlərinin Əbüfəzl Abbasın (ə) davamçıları və İmam Hüseyn (ə) yolunun müdafiəçiləri olduğuna diqqət çəkən Nəim Qasim, “Siz Kərbəla cihadı və müqavimətinin bayraqdarları, din və haqq müdafiəçilərisiniz” dedi. “Mücahidlərin, yaralıların, məhbusların və sadiq millətin varlığı ilə müqavimət və azadlıq yolu hər zamankindən daha güclü davam edəcək.
Şeyx Qasim müqavimət və azadlıq yolunun mücahidlərlə, yaralılarla, məhbuslarla, vəfalı və alicənab insanlarla davam etməklə möhkəmlənəcəyini və bu yolun peyğəmbərlər və imamların yolu olduğunu bildirdi.
O, sonda, “Qəsəs” surəsinin 5-ci ayəsini xatırladıb: “Biz yer üzündə zəif saxlanılmışlara lütf etmək, onları rəhbər və varis etmək istəyirik”.
4264384