"İQNA"-nın “Minbər” elektron qəzetinə istinadən verdiyi xəbərə görə; bu məclis Məkkədə Hərbi personalın 10-cu Beynəlxalq Quran Müsabiqəsində təmsil edilən ölkələrin dini işlər müdirlərinin iştirakı ilə keçirilib və Quran əxlaqı və əqidə quruluşu, eləcə də Quranın çapı, tərcüməsi, təbliği və onların arasında paylanması istiqamətində görülən işlər barədə məlumat verilib.
10-cu Beynəlxalq Hərbi Quran Müsabiqəsi şənbə günü, fevralın 1-də Məkkədə 32 ölkədən 179 təmsilçinin iştirakı ilə başlayıb.
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Dini İşlər üzrə Baş Direktoru və Müsabiqənin Baş Nəzarətçisi Musfər bin Həsən Əl-İssa deyib: “Builki müsabiqədə əvvəlki illərə nisbətən daha çox iştirakçı var və yarışmaçılar münsiflər heyəti qarşısında Quranı əzbərləmək, təcvid və qiraət etmək bacarıqlarını nümayiş etdirəcəklər”.
O, müsabiqə çərçivəsində keçirilən sərginin iştirakçılar tərəfindən geniş şəkildə qarşılanmasına toxunaraq dedi: “Bu sərgi ziyarətçilərə iştirakçı qurumlar tərəfindən təklif olunan fəaliyyətlər haqqında məlumat əldə etmək imkanı verir ki, bu da Quranı daha dərindən dərk etməyə, onun qiraət və əzbərini gücləndirməyə kömək edir”.
4264388