1979-cu il fevralın 11-də İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə bu gün İranın hər yerində müxtəlif tədbirlər və yürüşlər keçirilir.
Tehranda keçirilən tədbir yerli vaxtla saat 09:30-da başlayıb.
Bu gün İran tarixində 46 il əvvəl baş vermiş ən mühüm hadisələrdən biri olan İran İslam İnqilabının qələbəsinin ildönümüdür.
Həmin vaxt İranda ona qarşı edilən hərəkətlərdən məyus olan Pəhləvi sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvi 1979-cu il yanvarın 16-da ölkəni həmişəlik tərk edib.
Bundan sonra, 1 fevral 1979-cu ildə İmam Xomeyni (r.ə) İran xalqının əksəriyyətinin dəstəyi ilə 14 illik sürgündən sonra İrana qayıtdı. Həmin gün Tehranda təxminən 3 milyon iranlı tərəfindən qarşılanan İmam Xomeyni (r.ə) 1979-cu il fevralın 11-də xalqın birliyi ilə İran İslam İnqilabını qələbəyə çatdırdı.