ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS fevralın 15-i şənbə günü günortaya qədər Qəzzada saxlanılan bütün məhbusları azad etməlidir, əks halda HƏMAS ilə işğal rejimi arasında atəşkəs ləğv oluna və "qiyamət qopa bilər".
HƏMAS lideri Sami Əbu Zuhri Trampın açıqlamasına belə cavab verib: "Tramp unutmamalıdır ki, bu, hər iki tərəfin hörmət etməli olduğu razılaşmadır və əsirləri geri qaytarmağın yeganə yolu budur. Təhdid dilinin heç bir dəyəri yoxdur və yalnız işləri çətinləşdirir".
Həmas, işğalçı rejimin yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının 4 maddəsini pozduğunu və işğalın atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyini bildirərək, bu həftə sonu üçün nəzərdə tutulan altıncı raund əsir mübadiləsini dayandırdığını açıqlayıb.