"Fito" xəbər saytının verdiyi məlumata görə, Şeyx Mustafa İsmayılın nəvəsi Əla Məhəmməd Hüsnü Tahir Misir Milli Media Təşkilatının rəhbəri Əhməd əl-Müslimani ilə görüşündə səs yazılarını hədiyyə olaraq təqdim edib.
İclasda ailəyə səmimi salamlarını çatdıran və Misir Quran Radiosunun səylərini yüksək qiymətləndirən Şeyx Mustafa İsmayılın nəvəsi Quran Radiosunun səylərinin bu radiostansiyanın yaxşı mövqe qazanmasına kömək etdiyini bildirib.
Əla Məhəmməd Hüsnü Tahir, Şeyx Mustafa İsmayılın daha əvvəl yayılmamış 18 nadir qiraətini Quran Radio Kitabxanasına əlavə edilmək üçün Misir Milli Media Təşkilatına təqdim edərək babasının xatirəsinin yaşatdığını dilə gətirib.
Misir Milli Media Təşkilatının rəhbəri Əhməd əl-Müslimani Şeyx Mustafa İsmayılın ailəsinə təşəkkür edərək, “dinləyicilər Ramazan ayında ilk dəfə bu gözəl qiraətləri eşitmə həyəcanını yaşayacaqlar” dedi.
4266118