IQNA

İsveçdə Quranı yandıran Selvan Momikanın cəsədinin qəribə taleyi

1:24 - February 18, 2025
Xəbər sayı: 3497638
İQNA – Bəzi media orqanları Qurana hörmətsizlik edən Selvan Momikanın cənazəsinin yaxınlarının onun cəsədini tələb etmək üçün heç bir səy göstərməməsinin ardından yandırıldığını açıqlayıb.

"Siyasət" saytın verdiyi xəbərə görə, İsveç rəsmiləri Selvan Momikanın cəsədini almağa heç kim gəlmədikdən sonra onu yandırdıqlarını açıqlayıb.

Current Report-un verdiyi məlumata görə, İsveç rəsmiləri qohumları ilə bir neçə dəfə əlaqə saxlasalar da, heç bir cavab almayıblar.

İslam əleyhinə fəal olan Momika yanvarın 29-da İsveçin Hovsjo şəhərində Tik Tok-da canlı yayım zamanı güllələnib.

Momikanın qətl edilməsindən sonra İsveç səlahiyyətliləri qohumları ilə əlaqə saxlamağa və onun cəsədini qaytarmağa bir neçə cəhd göstərib. Lakin uzun müddət cavab almayandan sonra səlahiyyətlilər sahibsiz meyitlərlə bağlı protokola əməl edərək cəsədi yandırıblar.

İsveç səlahiyyətliləri onun külünün aradan aparılması və ya onun işi ilə bağlı hər hansı məhkəmə prosesi barədə təfərrüatlı məlumat verməyib.

37 yaşlı Selvan Momika 28 iyun 2023-cü ildə polisin himayəsi altında İsveçdə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin səfirlikləri və məscidləri qarşısında Quranın bir neçə nüsxəsinə təhqir etmişdi.

Momikanın Quranları yandırmaq hərəkəti beynəlxalq hiddətə səbəb olub və müsəlman ölkələrində etirazla qarşılanıb.

Selvan Momikanın qətlinin motivi hələ də bəlli olmasa da, bir çoxları onun mübahisəli keçmiş hərəkətlərinin qətlinə səbəb olduğuna inanır.

4266670

captcha