IQNA

1:38 - February 18, 2025
Xəbər sayı: 3497643

Papa Fransiskin vəziyyəti ağırdır

İQNA – Vatikan, 88 yaşlı ruhani lider Papa Fransiskin müalicəsinin “mürəkkəb klinik vəziyyət” səbəbindən dəyişdirildiyini və onun lazım olduğu müddətcə xəstəxanada qalacağını açıqlayıb.

Papa Fransiskin vəziyyəti ağırdır

Katoliklərin ruhani lideri Roma Papası Fransisk tənəffüs yolu infeksiyası ilə xəstəxanada dördüncü gününü keçirib.

Vatikan Papanın Gemelli Xəstəxanasındakı müalicəsinin "mürəkkəb klinik vəziyyət" səbəbindən dəyişdirildiyini və lazım olduğu müddətcə xəstəxanada qalacağını açıqlayıb.

"İndiyədək aparılan bütün testlər bir müddət xəstəxanaya yerləşdirmə tələb edəcək mürəkkəb klinik mənzərəni göstərir", - deyə məlumatda deyilir.

Planladığı tədbirləri ləğv edən Francis sosial mediada "Sevginiz, dualarınız və yaxınlığınız üçün təşəkkür edirəm" mesajını paylaşıb.

Papa Fransisk xəstəxanaya yerləşdirilməzdən əvvəl bir həftədən çox bronxitlə mübarizə aparırdı.

captcha